arduino robot

Python ilə Ai
(Süni intellekt)

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 14 yaşdan yuxarı məktəbli və tələbələr
  • Robotexnika, süni intellekt və proqramlaşdırmaya marağı olanlar
  • Microbit və ya Python prorqramlama üzrə bazası olanlar
Kursa Qeydiyyat
ai robot

KURSUN MƏQSƏDİ

Bu kursun əsas məqsədi məktəblilərə süni intellekt və Python proqramlaşdırma dilinin əsaslarını öyrətməkdir.
Şagirdlərə süni intellekt texnologiyalarını izah etmək , onlara yaradıcı düşüncələrini inkişaf etdirməyə yardımçı olmaq və tətbiq etmək qabiliyyəti vermək.
Real dünya problemlərinin həllində süni intellektin və robot texnologiyalarının potensialını göstərmək.
Şagirdlərə real olaraq robotlar üzərində süni intellekti tətbiq edərək öyrətmək

object-recognition

TƏLİM MÜDDƏTİNDƏ :

Python AI tədris proqramı sayəsində şagirdlər süni intellekt və proqramlaşdırma üzrə əsas anlayışları mənimsəyəcəklər. Python proqramlaşdırma dili ilə sadə alqoritmlər yazmağı və döngülər, dəyişənlər kimi konseptləri öyrənəcəklər. Obyekt yönlü proqramlaşdırmaya giriş edərək daha mürəkkəb proqramlar qurmağı bacaracaqlar.
MicroPython istifadə edərək robot texnikasında xətt izləmə, motor idarəetməsi və sensorlar vasitəsilə məlumat toplamağı öyrənəcəklər. Süni intellekt alqoritmləri ilə rəng, obyekt və üz tanıma kimi tətbiqləri inteqrasiya edərək avtonom sistemlər qurma bacarığı əldə edəcəklər.

TƏDRİS METODU VƏ MATERİALLAR:

Tədris metodu:

  • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər
  • Tədris qrup üzrə Azərbaycan və İngilis dilində keçirilir
  • Bununla yanaşı, hər kəsin biliyi öyrənmə və götürmə qabiliyyətinə görə fərdi yanaşma prinsipinə əsaslanır

Materiallar:

  • AREA - nın tədris proqramı əsasında tədris edilir
  • Hər bir şagirddə kompüter olması mütləqdir
image recognition
tracking system

SERTİFİKAT:

  • AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı.

Səhifəni paylaş