Bu kursun əsas məqsədi məktəblilərə süni intellekt və Python proqramlaşdırma dilinin
əsaslarını öyrətməkdir.
Şagirdlərə süni intellekt texnologiyalarını izah etmək , onlara yaradıcı düşüncələrini inkişaf
etdirməyə yardımçı olmaq və tətbiq etmək qabiliyyəti vermək.
Real dünya problemlərinin həllində süni intellektin və robot texnologiyalarının potensialını göstərmək.
Şagirdlərə real olaraq robotlar üzərində süni intellekti tətbiq edərək öyrətmək
Python AI tədris proqramı sayəsində şagirdlər süni intellekt və proqramlaşdırma üzrə əsas
anlayışları mənimsəyəcəklər. Python proqramlaşdırma dili ilə sadə alqoritmlər yazmağı və döngülər, dəyişənlər kimi konseptləri öyrənəcəklər.
Obyekt yönlü proqramlaşdırmaya giriş edərək daha mürəkkəb proqramlar qurmağı bacaracaqlar.
MicroPython istifadə edərək robot texnikasında xətt izləmə, motor idarəetməsi və sensorlar vasitəsilə məlumat toplamağı
öyrənəcəklər. Süni intellekt alqoritmləri ilə rəng, obyekt və üz tanıma kimi tətbiqləri inteqrasiya
edərək avtonom sistemlər qurma bacarığı əldə edəcəklər.