arduino robot

AI Engineering

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 14 yaşdan yuxarı şagirdlər, tələbələr və gənclər
  • Python proqramlaşdırma dili ilə işləməyə marağı olanlar
  • Süni İntellekt, data analitikası və robototexnika sahəsinə maraq göstərənlər
  • Texnologiya sahəsində gələcək karyera qurmaq istəyənlər
  • Proqramlaşdırma üzrə əsas bilikləri olan və AI sahəsində inkişaf etmək istəyənlər

Kursun müddəti: 9 ay

Kursa Qeydiyyat
ai engineering kursu

KURSUN MƏQSƏDİ

AI Engineering proqramının əsas məqsədi iştirakçılara Python proqramlaşdırma dili əsasında süni intellekt texnologiyalarını öyrətmək və onların praktiki tətbiqini göstərməkdir.
Kurs müddətində tələbələr data analitikası, maşın öyrənməsi və dərin öyrənmə metodları ilə tanış olur, real problemlərin həllində AI modellərinin necə istifadə olunduğunu öyrənirlər.
Proqram həmçinin iştirakçıların analitik düşünmə, problem həll etmə və layihə hazırlama bacarıqlarını inkişaf etdirməyə yönəlib.

ai-engineering dərsindən foto

Təlim proqramı

AI Engineering təlim proqramı iştirakçıların proqramlaşdırma biliklərindən başlayaraq data analitikası və süni intellekt tətbiqlərinə qədər mərhələli inkişafını təmin edən 3 əsas moduldan ibarətdir:

TƏLİM MÜDDƏTİNDƏ :

Təlim müddətində iştirakçılar Python proqramlaşdırmasının əsaslarını öyrənir, daha sonra data analitikası və maşın öyrənməsi mövzularına keçirlər.
Kurs çərçivəsində aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar əldə edilir:

  • Python proqramlaşdırma və obyekt yönümlü proqramlaşdırma prinsipləri
  • Data analizi və vizuallaşdırma (NumPy, Pandas, Matplotlib, Seaborn)
  • Exploratory Data Analysis (EDA) və data təmizləmə metodları
  • Maşın öyrənməsi modelləri və onların tətbiqi
  • Dərin öyrənmə və neyron şəbəkələrinin əsasları
  • Natural Language Processing (NLP) və Computer Vision texnologiyaları
  • AI modellərinin real layihələrdə tətbiqi
  • AI və robototexnika inteqrasiyası

Təlimin sonunda iştirakçılar bir neçə praktiki layihə üzərində işləyərək öz AI layihələrini hazırlayıb təqdim edirlər.

TƏDRİS METODU VƏ MATERİALLAR:

Tədris metodu:

  • Nəzəri və praktiki dərslərin kombinasiyası
  • Layihə əsaslı öyrənmə (Project Based Learning)
  • Real datasetlər üzərində analiz və modellərin qurulması
  • Komanda və fərdi layihələr
  • Müəllim rəhbərliyi ilə praktiki tapşırıqlar və kod yazma məşqləri

Materiallar:

  • AREA Akademiyasının xüsusi hazırlanmış AI syllabus proqramı
  • Python və AI kitabxanaları (NumPy, Pandas, Scikit-learn, TensorFlow/PyTorch)
  • Real datasetlər və praktiki layihələr
  • Hər bir tələbədə kompüter olması mütləqdir

SERTİFİKAT:

  • AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı.

Səhifəni paylaş