AREA Beynəlxalq
“AREA 3 yaşında xarici şirkətlərini təsis etdi. Azərbaycan dünyaya robotexnika məhsulları ixrac edəcək.”
“Azerbaijan Robotics Engineering Academy” (AREA) artıq beynəlxalq şirkət statusunda da fəaliyyətə
başlayacaq.
“Brendləşdirilmiş yeni loqosu və istiqaməti ilə AREA adı altında “Aviation”, “Robotics”, “Engineering”,
“Automation” istiqamətləri üzrə beynəlxalq bazarda özünə yer axtaracaq. Yaxın vaxtlarda AREA-nın
dərsdənkənar dərnək kurrikulumu, istehsal etdiyi robotexnika, aviasiya məhsulları və təsis etdiyi
olimpiada və yarışmaları 2 ölkədə fəaliyyətə başlayacaq”, – bu sözləri TED.az-da açıqlamasında AREA-nın
təsisçisi Rəhman Rəsulzadə deyib.
Rəhman Rəsulzadə geridə qalan 3 il müddətində bir sıra uğura imza atdıqlarını qeyd edib: “2016-cı ildən
Azərbaycanda fəaliyyət göstərən AREA 3 il kimi qısa müddətdə bir çox nəaliyyətlərə imza atıb. 7 fərqli
istiqamət üzrə dərsdənkənar dərnək kurrikulumu hazırlayaraq Azərbaycanda fəaliyyət göstərən 14 mərkəzdə,
1500-dən çox məktəbli üzərində bu proqramları uğurla sınaqdan keçirmişik. Bundan başqa, dərnəklərdə
istifadə edilən avadanlıqların bir hissəsini Made in Azerbaijan adı altında istehsal edərək həm yerli
istahsalata dəstək vermiş, həm də məhsulların maya dəyərini iqtisadi baxımdan əlverişli hala gətirmişik.
Hazırladığı kurrikulum və istehsal etdiyi robot avadanlıqları ilə yanaşı, AREA yeni bir beynəlxalq
yarışmanı www.droneolympiad.org təsis etmişdir və eyni zamanda bir çox yerli, beynəlxalq olimpiadalara
yüksək peşəkarlıqla komandalar hazırlamışdır. Son 3 ildə keçirilən yerli olimpiadalarda göstərilən
yüksək nəticələrin 80%-dən çoxu AREA dərnəklərində iştirak edən gənclərin hesabına düşür”.
Təsisçi AREA-nın innovativ komandasından da danışıb: “AREA-da fəaliyyət göstərən əməkdaşların 90%-dən
çoxu gənclərdən və tələbələrdən ibarətdir. Bir çox təlimçimiz hazırda xaricdə təhsillərini davam
etdirir. Məktəbli gənclərimizin yetişməsi ilə yanaşı, universitet tələblərimizin də inkişaf etməsi və
yeni iş imkanlarına yiyələnməsi AREA-nın prioritet istiqamətlərindəndir.
2019-2020-ci illərdə AREA həm Azərbaycanda, həm də xarici bazarlarda daha yeni, daha güclü innovativ
layihələrlə fəaliyyət istiqamətlərini gücləndirəcəkdir. AREA-ya dəstək verən hər kəsə komandamız adından
dərin təşəkkür edirik. Loqomuz dəyişsə də, dəyişməyən "AREA bir Azərbaycan markasıdır".