Yapon Mühəndisliyi
konstruktor yığılması dərsi

Yapon Mühəndisliyi

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 7-12 yaşlı şagirdlər.
  • Məntiqi təfəkkürünü və əl bacarəqlarını inkişaf etdirmək istəyənlər
  • Alternativ enerji növlərini öyrənmək istəyən
Kursa Qeydiyyat
hidravlik əl

Məlumatlandırma:

GENESİS - AREA-nın Yapon mentoru Kohei İshigami tərəfindən Azərbaycanlı gənclər üçün hazırlanmış tədris proqramıdır. Genesis özü-özlüyündə 3 fərqli tədris proqramını əhatə edir:
Yapon Mühəndisliyi, 3D Texnologiya və DİY (özün yarat).
Hər bir proqrama ayrı-ayrılıqda qoşulmaq mümkündür.

KURSUN MƏQSƏDİ

Kursun müddətində şagirdlərimiz: Günəş enerjisi, Külək enerjisi, Mexaniki enerji, Elektrik enerjisi kimi alternativ enerji növlərini və enerji dəyişmələrini praktiki olaraq uyğun modelləri hazırlayaraq tətbiq edirlər və həmin biliklərə yiyələnirlər.

Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

1. Riyazi istiqamətlər:

  • Ədədlər və əməliyyatların hesablanması
  • Məlumatların təhlili
  • Çətin problemlərin həlli
  • Riyazi və məntiqi təfəkkürün inkişafı

2. Mühəndislik istiqamətləri:

  • Məqsədyönlü innovasiya
  • Yaradıcı və Analitik bacarıqlar

TƏDRİS METODU VƏ MATERİALLAR:

Tədris metodu:

  • Tədris qrup üzrə keçrilir.
  • Bununla yanaşı hər uşağın biliyi öyrənmə və götürmə qabiliyyətinə görə fərdi yanaşma prinsipinə əsaslanır.

Materiallar:

  • Alternativ enerji növlərinin tətbiq edilməsi üçün xususi robot setlərdən istifadə olunur
  • Bloklar sistemi
  • Əl generatoru
  • Günəş enerjisi ilə isləyən maşınlar
  • Külək Turbini
  • Xilasedici Robot maşını
  • Hidravlik Robot Əl
Torpaqda işlər
Sertifikat mərasimi

SERTİFİKATLAR:

  • AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı.

Səhifəni paylaş